Keyfiyyət informasiya sistemində “Mənşə sertifikatı” alt modulu istifadəyə verildi.
Finss.az - İxrac fəaliyyəti ilə məşğul olan sahibkarlar bundan sonra malın mənşə ölkəsini təsdiq edən sertifikatlar üçün müraciətlərini tam elektron qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Keyfiyyət informasiya sistemi (e-keyfiyyet.gov.az) vasitəsilə həyata keçirə bilərlər.
Agentlik tərəfindən hazırlanmış “Mənşə sertifikatı” alt modulu sahibkarlara bir sıra üstünlüklər təqdim edir. Onlara şəxsi kabinetin yaradılması, müraciətlərin icra statusunun real rejimdə izlənilməsi, ekspertiza müqavilələrinin bağlanması və xidmət haqqının ödənilməsi, dövlət rüsumlarının elektron ödənilməsi, sertifikatların elektron qaydada formalaşdırılması və operativ əldə olunması daxildir.
İstifadəçilər həmçinin videoçarx vasitəsilə sistemdən necə yararlanmağın qaydası ilə tanış ola bilərlər: Youtube linki. Bundan əlavə, “e-keyfiyyet.gov.az” Elektron xidmətlər bölməsi vasitəsilə də videoçarxa baxmaq mümkündür.
Qeyd edək ki, hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatlar İqtisadiyyat Nazirliyinin rəsmi saytında qismən elektron qaydada təqdim olunur. Yeni sistem tam fəaliyyətə başladıqdan sonra sahibkarların müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə etməsi tövsiyə olunur.
Sistem və müraciətlə bağlı yaranan suallar üçün əlaqə nömrələri:
-
Tel.: (012) 599 76 00 (daxili 5916) / (daxili 5976)
-
Mob.: (010) 253 43 12 / (051) 215 05 60